Müqəddəs Kitab Mesajı

Müqəddəs Kitab unikaldır və 1400 il ərzində müxtəlif qitələrdə müxtəlif təbəqələrdən olan insanlar tərəfindən yazılsa da, onun mesajı ahəngdardır.

Bu faktlar onun ilahi mənşəyinə dəlalət edir. Müqəddəs Kitab İsa Məsih və Allahın bəşəriyyətin xilası üçün planı haqqındadır.

İsa dedi ki, Müqəddəs Yazılar Özü haqqındadır və onlar Onun təqdim etdiyi Qurtuluşdan və Onda malik olduğumuz təhlükəsizlikdən bəhs edir.

Mat 5:17: "Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim."

 

Isa Allah Sozudur

 

Luk 24:27: "Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi."

Luk 24:44: "Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır»."

Yəh 5:39: "Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir,"

İbr 10:7: "O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”»."

Yəh 5:24: "Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib."

Yəh 6:47: "Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir."

 

Иоанна 10:27–29

27 Мои овцы слышат Мой голос, и Я знаю их, и они следуют за Мною.

28 И Я даю им жизнь вечную, и они никогда не погибнут, и никто не отнимет их из руки Моей.

29 Отец Мой, Который дал их Мне, превыше всех; и никто не может забрать их из рук Отца Моего.

 

Римлянам 8:26–39

Rom 8:26-39: "Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir. Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi. Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi? Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir. Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq». Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq."

 

Efes 1:13-14: "Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək."

1Yə 5:13: "Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz."

Call to me and I will answer you and tell you great and unsearchable things you do not know.

— Jeremiah 33:3